9 dekabr 2023 at 23:14
Jurnalist kodu: 5487
Xəbər kodu: 85317111
T T
0 Persons

Tags

Amerika bazalarına qarşı 11 əməliyyat

9 dekabr 2023 at 23:14
Xəbər kodu: 85317111
Amerika bazalarına qarşı 11 əməliyyat

Tehran - İRNA - İraq İslami Müqaviməti dünən işğalçı Amerikanın İraq və Suriyadakı bazalarına qarşı 11 əməliyyat həyata keçirdiyini açıqlayıb.

İRNA-nın məlumatına görə, İraq İslami Müqavimətinin bu gecə yaydığı bəyanatının davamında bu əməliyyatların onlarla raket və pilotsuz təyyarə ilə həyata keçirildiyi bildirilir.

İraq İslami Müqaviməti əlavə edib: “Son əsgər ölkədən çıxarılana qədər işğalçı qüvvələrə qarşı cihad əməliyyatlarımızı davam etdirəcəyik.”

Cümə günü axşam saatlarında da İraqın Nəcbə İslami Müqavimətinin informasiya bazası bəyanat yayaraq İraq İslami Müqavimətinin son bir saatda ikinci dəfə olaraq pilotsuz təyyarə ilə bu ölkənin qərbində yerləşən Amerikanın Ayn əl-Əsəd bazasını hədəf aldığını açıqlayıb.
İraqın İslami Müqaviməti cümə günü günortadan sonra İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəddəki Amerika bazasına hücum etməsi barədə xəbər vermişdi.

İraq İslami Müqavimət qüvvələri bu gün də Ərbil hava limanında Amerika işğalçılarının bazasını hədəf alıb.

Ötən günlərdə ABŞ-ın İraq və Suriyadakı hərbi bazaları bir neçə dəfə dron və raket hücumları ilə hədəfə alınıb.

Sionist rejimin məzlum Fələstin xalqına, xüsusilə də Qəzzaya qarşı cinayətləri və vəhşi hücumları, eləcə də Vaşinqtonun bu hücumlara dəstək verməsinin ardınca, İraqın İslami Müqaviməti Amerikaya onun bu ölkənin bölgədəki bazalarını hədəf alacağı barədə xəbərdarlıq etmişdi.
 

0 Persons

Sizin rəyiniz

You are replying to: .